Daniele De Rossi mövsümü erkən başa vurdu

İtaliyanın “Roma” futbol klubunun kapitanı Daniele De Rossi mövsümü erkən başa vurub.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 35 yaşlı italiyalı yarımmüdafiəçinin A Seriyasının XXXII turunda “Udineze” ilə görüşün 69-cu dəqiqəsində dizindən zədələnib.

Tibbi müayinə zamanı məlum olub ki, De Rossi 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə paytaxt təmsilçisinin kapitanı üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, karyerası ərzində yalnız “Roma” klubunda çıxış edən təcrübəli futbolçu cari mövsümdə 21 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Etikxeber.az

Read Previous

“Biz bu katedralı birlikdə yenidən tikəcəyik” – MAKRON – MÜQƏDDƏS MƏRYƏM ANA KATEDRALINDA YANĞIN BAŞ VERDİ – FOTO – YENİLƏNİB – (1)

Read Next

Millət vəkilləri 17 məsələyə baxacaqlar – GƏLƏN HƏFTƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir