Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün keçirilməsi bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır.
Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır. Ermənistan rəhbərliyi bundan öncə danışıqların formatının dəyişdirilməsinə dair məntiqsiz və absurd fikirlər səsləndirərək manipulyasiyaya yol verdi. Amma Azərbaycan buna imkan vermədi, işğalçı ölkə rəhbərliyinin danışıqları pozmaq və məsuliyyətdən yayınmaq cəhdləri baş tutmadı”-deyən, S.Fətəliyeva bildirib ki, Vyanada Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 2 saatdan artıq təkbətək görüş keçirildi, daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatıldılar, nəticədə 3 saatdan artıq müddətdə danışıqlar aparıldı:
“Bu görüşün keçirilməsi və danışıqların formatının dəyişməz qalması Azərbaycanın növbəti diplomatik uğurudur. Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.
Etikxeber.az