Go to...
    EtikXəbər EtikXəbər
    • ANA SƏHİFƏ
    • SİYASƏT
    • GÜNÜN SİTATLARI
    • İQTİSADİYYAT
    • SOSİAL
    • MƏDƏNİYYƏT-İNCƏSƏNƏT-DİN
    • İDMAN
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • VİDEO
    • Əlaqə
    Go to...

      “Danışıqların sual altına alınması ilə bağlı davamlı cəhdlər müşahidə edilir” – NAZİR – FOTO

      Dekabr 6, 2018
      0 Comments
      0

      Məmmədyarov: Münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır

      ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

      Etikxeber.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının Milanda keçirilən 25-ci sessiyasında çıxışı zamanı dilə gətirib.

      elmarik-mammadyarov

      O, qeyd edib ki, eyni zamanda, danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdləri müşahidə edilir.

      Onun sözlərinə görə,  diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir.

      “1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir.

      ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir. Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq”-deyə, E. Məmmədyarov sonra  qeyd edib.

      Etikxeber.az

      Paylaş :
      • Facebook
      • Twitter
      • Google+
      • Pinterest
      • Linkedin
      • Email
      Növbəti xəbər
      İlham Əliyev Rusiyada – FOTOLAR – YENİLƏNİB
      Öncəki xəbər
      Səməd Seyidovla Sabir Hacıyev AŞPA-ya gedir…

      Digər xəbərlər

      • CƏMİYYƏT, SOSİAL Fevral 17, 2019

        Mehriban Əliyevanın adından “İmamzadə”də

        Mehriban Əliyevanın adından  “İmamzadə”də ehsan verildi – FOTO
        CƏMİYYƏT, İDMAN Fevral 17, 2019

        Bu klub heyətinə daha bir

        Bu klub heyətinə daha bir futbolçu  cəlb etdi
        AKTUAL, CƏMİYYƏT Fevral 17, 2019

        Sadiq və sədaqətli! - DEPUTAT

        Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI
      • REPORTAJ, SİYASƏT Fevral 16, 2019

        50 yaşlı Siyavuş Novruzov "Şöhrət"

        50 yaşlı Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olundu – SƏRƏNCAM
        DÜNYA Fevral 16, 2019

        Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı

        Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlandı
        CƏMİYYƏT, REPORTAJ Fevral 16, 2019

        "Növbəti tarixin anların şahidləriyik ki..."

        “Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV

      Son xəbərlər

      • Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi – FOTO

        Fevral 17, 2019

      • Bu klub heyətinə daha bir futbolçu cəlb etdi

        Fevral 17, 2019

      • Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI

        Fevral 17, 2019

      • 50 yaşlı Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olundu – SƏRƏNCAM

        Fevral 16, 2019

      • Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlandı

        Fevral 16, 2019

      • “Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV

        Fevral 16, 2019

      • Millət vəkili prezidentin son sərəncamlarından danışdı…

        Fevral 16, 2019

      • “Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var, amma…” – YAP RƏSMİSİ

        Fevral 16, 2019

      • “Sumqayıt” Keşavarzdan imtina etdi

        Fevral 16, 2019

      • Daşınar əmlakın yüklülüyü ilə bağlı cəzalar müəyyənləşdi

        Fevral 15, 2019

      • Adil Əliyevlə Rauf Əliyevi kimlər əvəzləyəcək? – DƏYİŞİKLİK

        Fevral 15, 2019

      • Ölkə vətəndaşları himni ayaqüstə, farağat vəziyyətində oxumalıdırlar – TƏLƏB

        Fevral 15, 2019

      • 5 dövlət komissiyasının tərkibi dəyişdirildi – SİYAHI

        Fevral 15, 2019

      • Prezident Tovuz, Sabirabad və Salyan rayonlarına üst-üstə 33,3 milyon manat ayırdı – SƏRƏNCAM(LAR)

        Fevral 15, 2019

      • “Reallıq tələb edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər olunsun” – ZİYAD SƏMƏDZADƏ

        Fevral 15, 2019

      Bütün hüquqlar qorunur