“Darbe komisyonu” hesabatı açıqladı, MÜXALİFƏT TƏPKİ GÖSTƏRDİ

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı TBMM-də yaradılan Darbe komisyonu  hazırladığı hesabatı (raporu) bu gün açıqlayıb.

Etikxeber.az-ın Türkiyə medaiasına istinadən xəbərinə görə, hesabat 300 səhifədən artıqdır.

TBMM Darbe komisyonu başqanı – AKP-li millət vəkili Reşat Petek isə Türkiyə cəmiyyətində daha çox maraqla gözlənilən bir məsələni – “FETÖ”-nün siyasi ayağını (qanadı) müəyyən edə bilməkdiklərini iddia edib.

“Biz “FETÖ”-nün siyasi ayağına ulaşamadıq”-deyə, o, qeyd edib.

O, eyni zamanda 1967-ci ildə Fətullah Gülənin CXP-yə maliyyə yardımı etdiyini iddia edib.

Qeyd edək ki, hesabatda bir sıra önəmli qurumların çevrilişlə bağlı mövqeləri yer alsa da, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) və  genelkurmay başqanı Hulusi Akarın fikirləri yer almayıb. Daha doğrusu, o, Darbe komisyonuna heç bir mövqe bildirməyib.

CXP isə hazırlanan hesabatı etirazla qarşılayıb və onu saxta hesabat adlandırıb.

CXP-li millət vəkilləri eyni zamanda,  hesabatı “kontrollu rapor” adlandırıblar.

Onlar eyni zamanda, 1967-ci ildə Gülənin CXP-yə maliyyə yardımı etməsi iddiasını iftira adlandırıblar və Darbe komisyonunun başqanı Peteki bu iddianı sübut edə bilməyəcəyi təqdirdə, məhkəməyə verəcəklərini  bəyan ediblər.

MHP-dən isə hələlik hesabatla bağlı heç bir açıqlama gəlməyib.

Onu da qeyd edək ki, Türkiyə mediası R. Petekin özünün bir zamanlar Gülənlə çox yaxın olduğunu yayınlayıb.

Etikxeber.az

 

 

 

Read Previous

“Müstəqilliyi qoruyuruq və qoruyacağıq…” – ƏLİYEVDƏN ÖNƏMLİ MESAJLAR – FOTOLAR – YENİLƏNİB (1)

Read Next

Yunanıstanda məktəblilərin olduğu avtobus aşdı-14 nəfər xəsarət aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir