Daşkəsənə dolu düşdü-FAKTİKİ HAVA AÇIQLANDI

Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.

Etikxeber.az

Read Previous

“Ölkəmizin hər iki istiqamət üzrə fəaliyyəti regional sülh və sabitliyə hesablanıb”-XARİCİ İŞLƏR NAZİRİ – FOTO

Read Next

Həftəsonu güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək-ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir