“Daşlara, mərmərlərə, məqbərlərə ziyarətçi sürüsü azalacaq…”-FAZİL MUSATAFA YENƏ SƏRT DANIŞDI

Son günlər dünya liderlərinin, düşüncə adamlarının dilindən səslənən eynilik təşkil edən ifadə budur ki, “koronavirusdan sonra dünya əvvəlki kimi olmayacaq”.

Dünyada bir şeylərin dəyişəcəyini ehtimal etmək olar, lakin bunun əxlaq və dəyərlər sferasına aid olacağını düşünmürəm.

Uzaqbaşı nə ola bilər; hansısa özünü “burada mənəm, Bağdadda kor xəlifə” kimi aparan bir dövlət başçısı BMT tribunasından durub deyəndə ki, mənim nüvə silahım var, kimsəni vecimə almıram, o halda kiçik dövlətlərdən biri qalxıb cavab verər ki, “otur yerinə, mənim də virsum var”.

Yəni, dəyişən o olacaq ki, artıq nüvə dövlətləri çılğınlıqlarını azatmalı olacaqlar, çünki hamısı bir virusun qabağında sınaqdan çıxa bilmədiklərini anlamış oldular.

Bəs Azərbaycanda nə dəyişəcək?

Fikrimcə, ən çox dəyişiklik düni düşüncədə olacaq.

Artıq insanlar dinə, sadəcə, səmimi inanc yeri kimi baxacaqlar, onu elmlə qarışdırmayacaqlar, onu elmin qarşısına əngəl olaraq dikməyəcəklər.

Daşlara, mərmərlərə, məqbərlərə ziyarətçi sürüsü azalacaq.

Çünki çağırdıqları ruhlar virusa yaxın düşə bilmədi.

Zahiri atributlarla dini cahilliyin fəsadlarını daha çox anlayıb, öz iç dünyalarını Yaradanın təlqin etdiyi insanlıq üçün faydalı elementlərlə zənginləşdirəcəklər.

Bir də tibb təhsilinin önəmi xeyli artacaq.

Bəlkə də evdə qaldığına görə özünə mütailə vərdişi aşılayan fərdlərin sayında artım ola biləcək.

Əxlaq, dəyərlər, israf, təhsil anlayışı kimi məsələlərdə cəmiyyətimizdə ciddi dəyişiklik gözləmirəm.

Koronavirus Xocalıdan dəhşətli hadisə deyil ki…

Dəyərlərimizdə, həyat fəlsəfəmizdə nəyi dəyişdi Xocalı? Bütün hallarda dünya əvvəlki kimi olmayacaq!

Ən azı virusa qalıb gələ biləcək elmin və onun naxışı olan alimlərin, özəlliklə də bilgə həkimlərin əl üstündə tutulacağı bir dünya olacaq…

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu insanlarla görüşmək və onları dinləmək xoşdur…” – TAHİR RZAYEV KORONAVİRUSLA BAĞLI TƏLƏBLƏRƏ CİDDİ ƏMƏL OLUNMASINI VACİB SAYIR – FOTOLAR

Read Next

Milli Məclisin iclasları dekabrın 20-nə qədər elektron formada keçiriləcək-KARANTİN MİLLƏT VƏKİLLƏRİNƏ ŞAMİL OLUNMAYACAQ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir