Davos Forumu problemli dünyanı əməkdaşlığa dəvət edir – PA RƏSMİSİ

Novruz Məmmədov: “Davos” parçalanmış dünyanı qarşılıqlı anlaşmaya çağırır

Davos Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.

Etikxeber.az  xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Facebook” səhifəsində qeyd edib.

novruz-1

O, qeyd edib ki, Davos İqtisadi Forumu dünəndən işə başlayıb.

“Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlamışdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq” – deyə, PA rəsmisi sonra qeyd edib.

Etikxeber.az

Read Previous

2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlandı

Read Next

Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik – PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir