Uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Bu istiqamətdə ciddi tədbirlər görürük.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin I müavini Vilayət Eyvazov deyib.
V.Eyvazovun qeyd etdiyinə görə, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb.
“Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az