Daxili işlər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 26-da saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Etikxeber.az

Read Previous

DİN: 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib

Read Next

Noyabrın 10-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir