Daxili işlər nazirinin birinci müavini parlamentdə qanunsuz orqan transplantasiyasından danışdı…

Uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Bu istiqamətdə ciddi tədbirlər görürük.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin I müavini Vilayət Eyvazov deyib.

V.Eyvazovun qeyd etdiyinə görə, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb.

 “Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Nəvələrimin çantalarını mənim götürməyə gücüm çatmır, onlar necə götürsün?! – DEPUTAT

Read Next

“İnsan alverinə qarşı hesabatın formatına yenidən baxmalıyıq” – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir