Daxili təhdidlər və risklər yoxdur – İLHAM ƏLİYEV

Azərbaycanda daxili təhdidlər və risklər yoxdur.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib.

ILHAM-1

“Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir” – deyən İ. Əliyevin sözlərinə görə, qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Prezident qeyd edib ki, bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır.Dövlət başçısının sözlərinə görə, bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır:

“Azərbaycan məhz belə münasibətlər qura bilib.Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil”.

Etikxeber.az

Read Previous

“Sərvəti və müqəddəs olanı qorumaq borcdur: bir insan üçün də, bir dövlətdən ötrü də” – DEPUTAT

Read Next

Azərbaycanın sədrliyi ilə AŞPA-nın plenar iclası keçirildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir