“Bizim imkanlarımız, resurslarımız imkan verir ki…” – MM SƏDRİNİN MÜAVİNİ – YENİLƏNİB

Sentyabrın 22-də Milli Məclisdə (MM) “Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı konfrans öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, konfrans MM, “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə Komitəsi, Əhali və İnkişaf üzrə Avropa Paralamenti Forumunun və BMT-nin Azərbaycandakı səfirliyi tətəfindən təşkil edilib.

MM sədrinin müavini Bahar Muradova ilk öncə  konfransın işinə uğurlar arzulayaraq, onun ciddi nəticələri olacağını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda dayanıqlı inkişaf məqsədləri və bu yöndə hədəflərə çatmaq istiqamətində kifayət qədər işlər görülüb və əsaslar yaradılıb

B. Muradova deyib ki, bu məsələ ilə bağlı konkret olaraq iki Dövlət Proqramı uğurla icra olunub.

MM sədrinin müavini bu istiqamətdə həmçinin, müvafiq qanunvericilik bazasının formalaşdırıldığını, müvafiq qanunların qəbul olunduğunu diqqətə çatdırıb.

***

B. Muradova belə bir tədbirin Azərbaycanda keçirilməsinin olduqca əhəmiyyətli olduğunu deyərək,  qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin əsasında  sağlam həyat, sağlam ekoloji mühti dayanır.

Vitse-spikerin dediyinə görə, qadınlar, uşaqlar və onların problemləri istənilən cəmiyyət üçün priorotet təşkil edir:

“Bizim imkanlarımız, resurslarımız imkan verir ki, problemləri həll edək. Lakin bəzən bizdən asılı olmayan bəzi problemlər onların həllinə, qarşımıza çıxan çağırışlara nail olmağa imkan vermir”.

Bütün parlament nümayəndələrinə fəal olmağa çağıran B.Muradova qeyd edib ki, Azərbaycan təcrübəsinin ölkələr arasında yayılması da önəmli olar.

 

Etikxeber.az

 

Read Previous

“Bu uğura mane olan amillər və səbəblər də var ki…” – FUAD MURADOV

Read Next

“Əks halda, ermənilər ağır nəticələrlə qarşılaşacaqlar…”- XƏLƏF XƏLƏFOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir