Dayısı oğlu İkinci Vətən Müharibəsində Şəhid, özü isə Qazi olan-QƏBƏLƏLİ, ALİ TƏHSİLLİ, İDMANÇI, İKİNCİ QRUP QARABAĞ ƏLİLİ ZAUR İSRAFİLOV… – FOTOLAR

Zaur Yaşar oğlu İsrafilov…

Qəbələ rayonunun İkinci Vətən Müharibəsi iştirakçılarından, Vətən sevdalılarından, İgid, Qərəman oğullarımızdan biri…

Zaur 1999-cu ildə Qəbələnin Uludaş kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri və böyük övladıdır…

Orta məktəbi bitirdikdən sonra, 2016-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub…

2020-ci ilin yayında Akademiyanı bitirdikdən sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Goranboy rayonu istiqamətində yerlşən hərbi hissələrdən birində qulluq edib…

Və İkinci Vətən Müharibəsi zamanı 3 ayın Əsgəri kimi döyüşlərə qatılıb…

Döyüşüb, vuruşub və müharibənin 9-cu günündə, oktyabrın 5-də Tərtər-Ağdərə, Talış istiqamətində qanlı döyüşlərdə ağır yaralanıb…

Güllə sağ olundan girib, belindən çıxıb…

Aylarla müalicə-müayinə alıb…

Hələ də səhhətində problemlər qalmaqdadır…

İkinci qrup (5 illik) Qarabağ-müharibə əlilidir…

Eyni zamanda, Ali Baş Komandan tərəfindən medallarla təltif olunub…

O, həm də subaydır…

Qazimiz eyni zamanda, Şəhid ailəsindəndir…

Dayısı oğlu Adəm İkram oğlu Heydərov İkinci Vətən Müharibəsinin, Qəbələnin Bum qəsəbəsinin Şəhidlərindəndir…

Zaurla da elə Adəm Heydərovun Anım Günündə tanış oldum və tanışlığımızdan da çox məmnun qaldım…

Çox tərbiyəli, çox ağıllı, çox qabiliyyətli, çox vətənpərvər bir oğuldur…

Ürəyi Vətən, Millət eşqilə döyünən Zaurla bir xeyli söhbətləşdim…

Və söhbətləşdikcə, Zauru dinlədikcə də, onunla bir daha Fəxr etdim, Qürur duydum…

Fəxr etdim, Qürur duydum ki, Vətənimizin, Millətimizin belə İgid, Qəhrəman, Vətənpərvər övladı-övladları var…

Allah qorusun!

Böyük Yaradan şəfasını versin və ona ailə səadəti, özü kimi İgid, Vətənpərvər övladlar qismət etsin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 35 gündən sonra Əbədiyyətə uğurlanan, ailənin 3 övladından biri olan-QƏBƏLƏLİ-BUMLU ŞƏHİD ADƏM HEYDƏROVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINI DAŞIYAN PARKIN İZDİHAMLI AÇILIŞI OLDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR

Read Next

Putin Əliyevə niyə-ZƏNG ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir