Dayısının-Şəhid Fəxri Qəribzadənin adını yaşadan balaca, ikinci Fəxri-FƏXRİSANİ HƏSƏNZADƏ…ADIN KİMİ AZƏRBAYCANIN FƏXRİ OL! – FOTOLAR – YENİLƏNİB – (1)

FəxriSani Mahir oğlu Həsənzadə…

Bərdəli, Güloğlularlı balaca FəxriSani…

Dayısının-anası Humay xanımın qardaş əvəzi xalası oğlunun adını daşıyan ikinci Fəxri-FəxriSani…

Bərdəli, həm də Bakılı (Suraxanılı) İgid, Qəhrəman, Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin adını daşıyan, adını yaşadan FəxriSani-ikinci Fəxri…

6 ayını, yarım yaşını tamamlamağa az qalan şirin-şəkər FəxriSAni

Bu gün balaca FəxriSaninin ailə daxilində kiçik toyu, daha doğrusu, sünnət məclisi oldu…

Sünnət məclisindən saatlar öncə-yəni, bu gün səhər saatlarında isə Bərdə Müalicə Diaqnostika Mərkəzinin tanınmış cərrahı Bəhruz Həsənov tərəfindən əməliyyat-sünnət edildi, necə deyərlər, əsl müsəlman oldu…

Axşam saatlarında da ailə üzvləri, yaxınarı, Mehparə Qəribova başda olmaqla, Şəhid Fəxri Qəribzadənin doğmalarının iştirakı ilə kiçik toy-sünnət məclisi düzənləndi ailə daxilində…

Məclisdə iştirakçılar, doğmalar, yaxınlar tərəfindən balaca FəxriSaniyə can sağlığı, uzun ömür, xoşbəxtlik arzulandı, ailəsinə – valideynləri-Humay xanıma və atası Mahir bəyə, qardaşlarına, nənəsi Şəhla xanıma, babalarına gözaydınlığı verildi…

“Adını daşıdığı, adını yaşatdığı dayısı Fəxri kimi İgid, Qəhrəman Vətən övladlarından olsun! Dayısının ruhu köməyi olsun, torpağı sanı yaşasın!”-deyildi

Eyni zamanda “Gün o gün olsun ki, böyük toyu olsun, böyük toyunda iştirak edək”-diləyi dilə gətirildi…

Sonra alqış sədaları altında özünün iştirakı ilə adına hazırlanmış tort kəsildi…

Fotolar çəkdirildi, mahnılar səsləndirildi, ailə üzvləri tərəfindən rəqslər edildi…

Xoşbəxt, bəxtli-taleli ol, balaca,ikinci Fəxri-Fəxrisani Həsənzadə!

Səsin-sədan ən uca, ən ali, ən yüksək zirvələrdən, kürsülərdən gəlsin!

Adın kimi, dayın kimi Azərbaycanın Fəxri, Fəxrli övladlarından ol!

Milyon kərə Amin!

22:45

***

FOTOLAR:

23:14

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistana məxsus-PUA VURULDU – FOTO – YENİLƏNİB – (1)

Read Next

50-yə yaxın Qazi, Şəhid, eləcə də imkansız ailənin övladı sünnət olundu-BƏRDƏDƏ NÖVBƏTİ SÜNNƏT-XEYRİYYƏ AKSİYASI… FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir