“…Dedi ki, “canik, sağsan?”, dedim ki, “bu nə sözdür səhər tezdən”, dedi ki, “aç, internetə bax, ölüm xəbərin yayılıb…” – CAVAN ZEYNALLI

Haqqımda “ölüm” xəbərini ilk dəfə yoldaşım Raya xanımdan eşitdim. Səhər saat altı olardı, bir də gördüm yoldaşım Qusardan zəng vurdu və dedi ki, “Cavan sənsən?”, dedim, “o, nə sözdür, əlbəttə, mənəm, cavab verirəmsə, deməli, mənəm- Cavanam”. Dedi ki, “yox ey, səsin birtəhər gəlir”. Özünüz də bilirsiniz ki, səhərlər bir az səs yaxşı olmur, yaxşı “işləmir”.

O, günorta 3-də gəlməliydi Bakıya, ancaq dərhal oturub maşına Bakıya gəlir. Artıq səhər 9-un yarısı olardı ki, evdəydi. Ondan bir az sonra, saat 7-nin yarısı olardı, Tofiq Qurbansoy zəng etdi və dedi ki, “canik, sağsan?” Dedim ki, “bu nə sözdür səhər tezdən?!”, dedi ki, “bəs xəbərin yoxdur, aç, internetə bax, ölüm xəbərin yayılıb…”.

Etikxeber.az xəbər verir ki, bunu görkəmli sənətkar, Xalq artisti Cavan (Cavanşir) Zeynallı bir az öncə ATV-də deyib.

“Sonra məni küçədə insanlar görəndə deyirdi ki, Cavan müəlim, Siz yüz il yaşayacaqsınız. Bəli, sağkən ölüm xəbəri adamın ömrünü uzadır. Ən azı yüz il yaşayacağam, ən azı (gülür)…”-deyə, o, sözlərinə əlvavə edib.

Etikxeber.az

Read Previous

Qazaxıstandan qadağa: Azərbaycan və İrandan gələn gəmilərə öz limanlarında-XİDMƏT GÖSTƏRMƏYƏCƏK

Read Next

“Prezidentimiz bir daha göstərdi ki, daim Azərbaycan insanını düşünür…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir