Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətən yolunda, Qarabağ uğrunda canını fəda edən Qəhrəmanlarımızdan biri də Təbriz Rəhimovdur…
Yevlaxlı, Gülöyşəli Vətən sevdalısı Təbriz Rəhim oğlu…
İgid, Qəhəman, Qorxmaz, Cəsur Azərbaycan övladı, Vətənini ailəsindən, doğmalarındən üstün tutub, anbaan Şəhidliyə yürüyən Təbriz Rəhim oğlu Rəhimov…
Baş çavuş, “Qisas” əməliyyatı Şəhidi-Nur üzlü Şəhidimiz Təbriz balamız…
***
Təbriz Rəhimov 1990-cı ilin avqust ayının 11-də Yevlax rayonunun Gülöyşə kəndində dünyaya gəlib…
Ailənin üç oğlan övladından biri, evin sonbeşiyi olub…
Ondan böyük olan hər iki qardaşı hazırda ailəli və övlad atalarıdır…
Rəhimovlar ailəsinin beş nəvəsi var…
Təbriz 1996-2007-ci illərdə Gülöyşə kənd orta məktəbində oxuduqdan, orta təhsilini bitirdikdən bir müddət sonra Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra isə evinə, ailəsinə dönüb, müxtəlif illərdə Rusiyada, sonra Azərbaycanda, Bakı şəhərində müxtəlif sahələrdə çalışıb…
İkinci Vətən Müharibəsi zamanı isə könüllü şəkildə Hərbi Komissarlığa müraciət edib, Vətənin müdafiəsinə atılmaq istədiyini bildirib…
Və İkinci Vətən Müharibəsinin sonlarına yaxın, noyabr ayının əvvəllərində Orduya cəlb olunub, ancaq müharibə bölgəsinə göndərilməyib…
Müharibədən bitdikdən sonra iki aya yaxın təlimlərdə iştirak edib və 2021-ci ilin yanvarında Ordudan təxris olunub…
Ancaq Orduda qalmaq, hərbçi kimi fəaliyyət göstərmək istədiyini bildirib…
Yaşı uyğun gəlmədiyi üçün Orduya qəbul edilməyib…
Ancaq sonradan Dövlət Sərhəd Xidmətinə (DSX) müraciət edib, kursa yazılıb və kursu bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başlayıb 2021-ci ildən…
Xızı istiqamətində yerləşən “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…
Qısa müddətdə Baş çavuş rütbəsinə yüksəlib…
Və 2022-ci ilin sentyabrında DSX-nın Baş çavşu kimi “Qisas” əməliyyatında iştirak edib…
Axırıncı dəfə isə Şəhidliyindən saatlar öncə, sentyabrın 12-də, səhər saatlarında ailəsi, anası ilə əlaqə saxlayıb…
“Məndən narahat olmayın…Hər şey yaxşılıqdır…”-deyib…
Və 12-dən 13-nə keçən gecə Zəngilan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Şəhidliyi xəbəri isə ailəsinə, atası Rəhim kişiyə ayın 13-də, günorta-saat 3-4 radələrində verilib…
Və nəşi bir gün sonra-sentyabrın 14-də Gülöyşə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordenil ilə təltif olunub…
Hazırda ailəsinin, valideynlərinin yaşadığı küçəyə Onun adı verilib…
32 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…
Şəhidliyindən az öncə valideynlərinə, anasına deyib ki, 2023-cü ilin yanvarında ailə həyatı quracaq…
Ancaq…
Ömrü kimi arzuları da, xəyalları da yarımçıq qalıb…
***
22 aprel 2024-cü il tarixində, günorta saatlarında Şəhidimizin ailəsini, valideynlərini ziyarət etdik…
Ziyarətdə mənimlə birlikdə Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin valideynləri də iştirak edirdi…
Bir daha Şəhidimizin ailəsinə, valideynlərinə-anası Reyhan xanıma və atası Rəhim kişiyə Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Şəhidimizin ruhu qarşısında baş əyidiyimizi bildirdik…
Təxminən bir saat çəkən ziyarətimiz zamanı onlarla söhbətləşdik, dərdləşdik, Şəhidimizin 32 illik qısa, lakin şərəfli həyat və hərb yoluna birlikdə nəzər saldıq…
Duyğulandıq, kövrəldik, təsirləndik, həm də Qürurlandıq…
Həm Təbriz, həm də Təbriz kimi Oğullar Qürur, Fəxr mənbəyimizdir…
And yerimiz, Baş tacımızdır…
Məqamı Uca, dərgahı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az