Dekabrın 21-dək 2802-ŞƏHİDİMİZ DƏFN EDİLİB – MN

Müdafiə Nazirliyi (MN) İkinci Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb.

Nazirlikdən Etikxeber.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Etikxeber.az

Read Previous

Deputat növbəti qəbulda-9 VƏTƏNDAŞI DİNLƏDİ VƏ…

Read Next

Xalq artisti Səfurə İbrahimova-82 YAŞINDA VƏFAT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir