“Demirtaşın yerinə bir Türk göz dikməsin…” – dedi VƏ…

PKK-çı Kaplan “Demirtaşın yerinə hansısa bir Türk göz dikməsin” – dedi və siyasətdən getmək zorunda qaldı

PKK yönümlü HDP-dən olan əski Şırnak millət vəkili Hasip Kaplan patiyadan istefa verdiyini və siyasətdən getdiyini bəyan edib.

Etikxeber.az xəbər verir ki, buna səbə onun irqçi-şovinist ruhlu açıqlaması və həmin açıqlama göstərilən sərt təpkilər səbəb olub.

Belə ki, HDP-nin qurultayı öncəsində “eşbaşqanlığa”-həmsədrliyə namizədliklə bağlı çarpıcı mesajlar paylaşıb.

hasip-kaplan-iha-487

Kaplan, “HDP qurultayında Demirtaşın yerinə əsla və əsla bir Türk göz dikməsin, mənim acizanə xahişimdir, hər kəs həddini biləcək” – deyib.

Hasip Kaplanın bu sözlərinə isə tanınmış sənətçi -HDP-li millət vəkili Sırrı Süreyya Önder və HDP-dən təpkilər gəlib.

Bundan sonra Hasip Kaplan bu sabah siyasəti buraxdığını və HDP-dən istefa etdiyini bildirib.

Etikxeber.az

Read Previous

İlin “Ən pis futbolçu”su: “Qızıl zibil qabı – 2017” BARBOZAYA VERİLDİ

Read Next

“Razı deyiləm…” – GÜRCÜSTANLI DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir