“Demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi?” – ƏLİ HƏSƏNOV

Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır.

Etikxeber.az məlumat verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, hər kəs ölkədəki inkişafın şahididir:

“Bu, həqiqətdir. Həqiqəti də insanlara çatdırmaq lazımdır. Bəzi hallarda neqativ fikirlər səsləndirilir. Azərbaycana müxalifət lazımdır. 2001-ci ildə demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr. Xarici qrantların hesabına yaşayırlar, donmuş partiyadan yapışıblar. Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır. Belə olan halda inkişaf daha da sürətlə gedər. Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək? Heç nə…”.

Vitse-premyer həm də Qarabağ münaqişəsinə toxunub:

ali-hasanov-bas

“Azərbaycan Ordusu istəsə, torpaqlarımızı çox qısa müddətdə azad edər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir”. 

Ə.Həsınov bildirib ki, torpaqlarımız işğaldan azad ediləcək:

“Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz var idi. Amma Paşinyan da qeyri-konstruktiv yol tutub. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik”.

Etikxeber.az

Read Previous

“Canlı təmasın, səmimi ortamın ayrı bir gözəlliyi, özəlliyi var…” – DEPUTAT JALƏ ƏLİYEVA NÖVBƏTİ DƏFƏ QƏBUL VƏ GÖRÜŞ KEÇİRDİ – FOTOLAR

Read Next

“Mən icazə vermədim, dedim ki…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir