Demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik – SEKUTA – FOTOLAR

ABŞ-ın Müstəqillik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Etikxeber.az-ın məlumatına görə, qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki,  müstəqilliyin 241 illiyi ABŞ-la Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir:

“Azərbaycanda ilk müstəqillik 1918-ci ildə elan olunub.  Bu dövlət qadınlara səsvermə hüququ verən ilk Respublika olub. Bu ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bununla fəxr edir”.

Səfir bildirib ki, müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub: “Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik”.

parviz-3

parviz-2

Samir Şərifov: ” Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazırlığına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir…”

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan ABŞ-la diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur:

“ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazırlığına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir. Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davat etməsini dəstəkləyir. Azərbaycan ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu gün Azərbaycanda 200 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın həyata keçidiyi transmilli layihələrə hər zaman güclü dəstəyini ifadə edib və bu mövqe heç zaman dəyişməyib. CQD layihənin reallaşmasında da ABŞ-ın göstərdiyi dəstək yüksək qiymətləndirilir və bu dəstəyin davam edəcəyinə ümid edirik”.

Nazir əlaqələrin energetika sahəsindən başqa digər sahələrdə də inkişaf üçün böyük potensial olduğunu qeyd edib:

“Beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ikitərəfli əlaqələr güclüdür. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında aktiv iştirak edib və terrora qarşı mübarizədə töhvə verməyə davam edəcək. Terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, ermıni silahlı qüvvələrinin təcavüz siyasəti ilə üzləşib. Bu  təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan qüvvələrinin qeyd şərtsiz Azərbaycandan çıxarılması, sərhədlərin bərpası, qaçqın və məcbüri köçkünlərin öz evlərini qayıtmasını regionda təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə inanırıq. Erməni təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Alxanlıda 2 yaşlı körpə Zəhra ilə nənəsi kimi günahsız insanların öldürülməsinə rəvac verir. Bütün dünya 2 yaşlı Zəhranın qətlinə münasibət bildirməlidir. Erməni təcavüzünün artması beynəlxalq aləmin və Minsk qrupu həmsədri kimi ABŞ ın regionda sülhün təmin olunmasında rolunun artırılmasının vacibliyini qeyd edir”.

***

ABŞ həm ikitərəfli formatda həm də Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.

Bu sözləri is jurnalistlərə açıqlamasında R. Sekuta deyib.

O, bildirib ki bu yaxınlarda baş verən dəhşətli hadisə göstərdi ki, münaqişənin həlli üçün dinc, danışıqlar yolu ilə irəliləmək vacibdir:

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə tərəfləri bir araya gələrək münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmalıdır. İstər ayrı-ayrı verilən bəyanatlarda, istərsə də ABŞ prezidentinin Azərbaycan prezidentinə məktubunda göstərilir ki, münaqişənin hərbi yolla həlli yoxdur və yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Minsk qrupu həmsədrləri tərəfləri bir araya gətirib münaqişənin dinc yolla həllinə nail olmaq işinə sadiqdir. Lakin dinc yolla nizamlamaya nail olmaq məsələsi, ilk növbədə, tərəflərin özündən asılıdır”.

Etikxeber.az

Read Previous

Sabirabadda yol tikintisinə 14,4 milyon manat ayrıldı- SƏRƏNCAM

Read Next

Baykalın professor oğluna “kəllə atan” şəxs məhkəməlik oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir