Deputat 30 aprel iclasından danışdı…

Hazırkı tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onların əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımizda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi. Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və islahatların davamlı olacağına işarə idi.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında  deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat qeyd edib ki, hazırda ölkəmizdə iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu, Azərbaycanda indiyə qədər həyat keçirilən iqtisadi siyasət sayəsində mümkün olub:

“Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, bunun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik…”.

hikmet-babaoqlu

H.Babaoğlu vurğulayıb ki, bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir. “Dolayısı ilə biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinin şahidi olacağıq. Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini də gözardı edə bilmərik”– deyə, deputat bildirib.

Deputat əlavə edib ki, buraya sahibkarlığın daha da inkişafı, yeni sosial–iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi məsələləri, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi kimi çoxsaylı istiqamətlər daxildir. Bütün bunlar da Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə, icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların olunması kimi çoxsaylı prioritetlər də daim diqqət mərkəzində olacaq.

Etikxeber.az

Read Previous

Qazın limiti artırıldı – RƏSMİ

Read Next

“Bunun tərəfdarı deyiləm…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir