Deputat AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısına qatılacaq

Milli Məclisin (MM)  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən  Etikxeber.az-a bildiriblər ki, Paris şəhərində AŞPA-nın sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara qarşı cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə edilən məsələlərə münasibət bildirəcək.

Etikxeber.az

Read Previous

Həsənov Kurtulmuş və Türkeşlə bir araya gəldi – FOTOLAR

Read Next

Karlos Alberto Torres dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir