Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir qrup seçici ilə görüşdük, problemlərini dinlədik.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Habelə yazılı və şifahi formada daxil olmuş 20-dən çox müraciətlə bağlı Baş Prokurorluq, AccessBank və Biləsuvar rayon İcra Hakimiyyətinə deputat sorğusu göndərdik“-deyə, o, bildirib.
Millət vəkili həmçinin, “Azəriqaz”a minnətdarlığını bildirib
O, qeyd edib:
“21 may tarixində “Azəriqaz” İB direktoru Ruslan Əliyevlə söhbətimiz olmuşdu. Hörmətli Ruslan müəllim vədinə sadiq qalaraq sözünü tutdu, mən də zəng edərək öz adımdan və həmin məhəllədə yaşayan seçicilərin adından ona təşəkkür etdim. Həmçinin, müvafiq texniki prosedurların həllində çeviklik göstərdiyi üçün rayon icra hakimiyyətinə də təşəkkür edirəm. Ümumilikdə, problemi kimin həll etməsinin önəmi yoxdur, əsas olan vətəndaşın dövlətdən razı qalmasıdır. Bizlər gəldi-gedərik, dövlətimiz var olsun”.

Etikxeber.az