Deputat baş serjant olan yol polisinə nədən minnətdarlıq etdi? – FOTOLAR

“Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov. Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayıldı. Sonradan onin yol polisi baş serjantı Teymur Süleymanovun olduğu aydınlaşdı. Bu gün Bakı Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdüri Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, məlum olub ki, həmin yol polisinin fəaliyyət marşrutu Milli Məclisə yaxındır.

“Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan “Teleteatr” binası yanında olub.

Teymur çox təvazıkar və azdanışan bir gəncdir. Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, “etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın”.

Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə Azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım.

Məlum oldu ki, Bakıda daha bir neçə yol polis əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə ediblər. Yol polisinin həmin gecə işinə sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib”-deyə, millət vəkili sonra yazıb.

yol-aydin-1

Etikxeber.az

Read Previous

Sabunçu və Abşeron rayonlarında 260 məcburi köçkün ailəsi üçün yeni yaşayış binaları tikiləcək

Read Next

Gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir – RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir