DEPUTAT: “Bizim bu ailə nümunəvi ailə hesab edilə bilməz…”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iş günündə Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Kipr Respublikasının xarici işlər naziri İoannis Kasolides hesabat məruzəsi ilə çıxış etdikdən sonra ona ünvanlanan sualları cavablandırıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupunun adından Nazirlər Komitəsi sədrinə belə bir sualla müraciət edib:

“Yeni demokratiya ölkələrinin bir hissəsində 2017-ci il “Ümumdünya ailə ili” elan edilib. Avropa Şurası 47 üzv ölkəni birləşdirən böyük ailədir. Amma bizim bu ailə nümunəvi ailə hesab edilə bilməz, çünki onun sıralarında digər ailə üzvünün ərazilərini işğal etmiş üzvlər də var. Avropa Şurası bunu rəsmi qətnamələrində də təsdiqləyib. Belə bir reallıq mötəbər beynəlxalq təşkilat üçün utandırıcı bir haldır. Yeni başlanan bu “Ailə ili”nin nəcib çağırışlarına cavab olaraq Avropa Şurası nəhayət ki, normal bir ailəyə çevrilmək üçün öz sıralarındakı işğalçını kənarlaşdırmaq, yaxud onun digər üzv dövlətə qarşı təcavüzünə son qoymaq üçün hansı qətiyyətli tədbirlər görə, konkret addımlar ata bilər?”

Nazirlər Komitəsinin sədri bu suala cavab verərək bildirib ki, Avropa Şurası münaqişələrin həllinə bilavasitə cavabdeh olan təşkilat olmasa da, onun da öhdəsinə bu istiqamətdə bir çox vacib vəzifələr düşür. Avropa Şurası ilk növbədə çalışır ki, üzv ölkələrdə mövcud münaqişələrin həllinə öz töhfəsini versin.

O, deyib:

“Bizim üçün ən ali vəzifə bu problemlərin hamısını insan haqlarına hörmət və qanunun aliliyi müstəvisində həyata keçirməkdir. Üzv ölkələr arasında münaqişələr və onların həlli istiqamətində yollar axtarışı məsələsi Nazirlər Komitəsinin 2016-cı ilin mayında keçirilən nazirlər toplantısının başlıca mövzusu olub. Biz gələcəkdə də bu istiqamətdə səylərimizi daha çox səfərbər edəcəyik”.

Etikxeber.az

Read Previous

Sahibə Qafarova AŞPA-nın yenidən komitə sədri seçildi – FOTO

Read Next

Mirzəzadə Dövlət Neft və Sənaye Universitetində İctmai Etimad Şurasının sədri oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir