“Dekabr ayının 29-da Ermənistan-Azərbaycan sərhəd xəttində Ermənistanın provokasiyası nəticəsində baş vermiş insindetlə bağlı yaranmış vəziyyətə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın bəyanatında hadisənin təhrif edilməsi və işğal edilmiş ərazilərdəki rejimin hüquqi şəxs kimi adının hallandıırlması Azərbaycanda böyük rezonans doğurdu. Milli Məclisdə Tacikistanla dostluq qrupunun rəhbəri kimi bu gün Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidova zəng etdim. Tacikistanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı halda, onun daxil olduğu KTMT -nin texniki rəhbərinin Azərbaycanın ərazi bütövlüyünə şübhə altına alması məsələsinə ölkəsinin münasibət bildirməsini istədim”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Z. Saidov da öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.
“Və məsələ ilə bağlı Tacikistanın Xarici İşlər Nazirliyini məlumatlandıracığını bildirdi”-deyə, millət vəkili sonra qeyd edib.
Etikxeber.az