Deputat cəbhə bölgəsindən yazdı – FOTOLAR

Bu gün Fizuli rayonunun Alxanlı kəndində oldum.

Kənd Ermənistan-Azərbaycan cəbhə xəttinə bitişikdir.

4 iyul 2017-ci ilin axşamında Ermənistan silahlı qüvvələrinin atşəi nəticəsində dinc əhalidən yaşyarımlıq Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva öldürülmüşdü.

aydin-cebhe

aydin-cebhe-2

Bu günlərdə tərtibçilyimlə həmin faciəyə həsr edilmiş “Ermənistanın Azərbaycana hərbi təcavüzündə yaşayrımlıq Zəhra Quliyeva faсiəsi” adlı kitabım nəşr edilmidi. Kitabın elmi məslhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Kəndə səfər etməkdə məqsəd kitabı Zəhranın valideynlərinə təqdim etmək idi.

aydin-cebhe-1

Fizuli rayon rəhbərliyinin də iştirakı ilə əvvəlcə kənd qəbirstanlığında Zəhra və nənəsinin qəbirləri ziyarət edildi və ruhlarına dua oxundu.

Hadisə Quliyevlərin evlərinin yanında baş vermişdi və oranın heç bir hərbi əhəmiyyət daşımadığı açıq görünürüd.

Elnur Quliyevin həyətində kənd sakinlərinin iştirakı ilə kiçik bir tədbir keçirildi.

Kitabın təqdimatı keçirildi və kitab ailəyə və iştirakçılara paylandı.

İştirakçılara kitabın xaricdə də nəşr edilməsi nəzərdə tutulduğu bildirildi.

Kənd sakinləri ilə söhbət əhalinin mətinliyini və torpaqlarına bağlılığını bir daha təsdiq etdi.

Sakinlər dövlətimizə və cənab Prezidentə inandıqlarını və torpaqlarımızın Ermənistan işğöalçılarından azad edilməsi uğurunda döyüşə daim hazır olduqlarını bildirdilər.

Səfər kitabın ikinci cildinin də hazırlanmasın ehtiyac olduğunu göstərdi.

Aydın Mirzəzadə,

Millət vəkili

Etikxeber.az

Read Previous

Advokat gedir…

Read Next

“7 saylı marşruta kənardan daş atılaraq şüşələri sındırılıb…” – BAŞ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir