Deputat-“DAĞ” yaratdı-10 AİLƏYƏ DƏSTƏK OLMAQ ÜÇÜN İLK MAAŞINDAN 350 AZN AYIRDI…

Bu gündən etibarən Sabirabadlı gənclərin təşəbbüsü ilə yeni layihəyə start veririk. Təşəbbüsün adı “DAĞ”-dır. “DAĞ”-ın açılışı Düşünən Azərbaycan Gəncidir. “DAĞ” təşəbbüsü özündə vətənpərvər, dövlətə sadiq, intellektual və fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.“DAĞ”-ın əsas məqsədi sosial məsuliyyət və sahibkarlıq ideyalarına dəstək vermək, onların reallaşması üçün ideya sahibləri ilə dəstək verənləri bir araya toplamaq, ölkəmizdə kraud-fandinq mədəniyyətinin inkişafına dəstək olmaqdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Kamal Cəfərov deyib.

Qeyd edib ki, bu təşəbbüs gələcəkdə gənclərin istedadının üzə çıxarılmasına, sosial sahibkarlıq ideyalarının reallaşmasına dəstək olacaq.

“DAĞ”ın öz internet və sosial şəbəkə səhifələri də qısa zamanda yaradılacaq.İlk ideyanı Sabirabad YAP Gənclər Birliyinin sədri Varis Rüstəmov verib. O, təklif edir ki, bu çətin günlərdə həmrəy olmaq üçün Sabirabadda imkanı çox aşağı olan ailələr üçün 1 həftəlik ərzaq alaraq onlara dəstək olaq. 1 həftəlik ərzaq səbətinin qiyməti 35 azn-dir. Həmin səbətə 2 ədəd toyuq, 30 ədəd yumurta, 5 kilo kartof, 3 kilo soğan, 2 kilo düyü, 2 kilo un, 1 paket vermeşil, 1 paket yağ, 1 paket çay və 1 kilo qənd daxildir. Bu ideyanın reallaşması və maddi imkanı çox aşağı olan 1 ailənin sevinməsi üçün 35 azn ianə edin. Hədəf 100 ailədir. Bütün ərzaq səbətini Varisin özü şəxsən ailələrə təqdim edəcək, şəklini çəkib yalnız sizə göndərəcək, bu şəkillər ictimailəşdirilməyəcək, heç bir PR məqsədilə istifadə edilməyəcək. Prosesin şəffaflığına mən təminat verirəm. İlk 10 ailəyə dəstək olmaq üçün birinci əməkhaqqımdan 350 azn ianə edirəm. Sizləri də bu prosesə aktiv qoşulmağı dəvət edirəm…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Parlamentdə insan alverinə qarşı mübarizə ilə bağlı illik hesabatı-KİM VƏ HAÇAN VERƏCƏK? – YENİLƏNİB

Read Next

Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar-QÜVVƏYƏ MİNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir