Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə bəzi müraciətlər əsasında bu gün 10 seçicimlə videoformatlı qəbul həyata keçirildi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Şahin Seyidzadə deyib.
“Abşeron (Hökməli, Qobu və Saray qəsəbələri) və Qobustan (Ərəbqədim kəndi) rayonlarından daxil olan müraciətlər əsasında seçicilərimlə ətraflı söhbət və fikir mübadiləsi apardıq. Ümumilikdə sosial təminat, məşğulluq, torpaq, əmlak, infrastruktur, kommunal problemlər, təhsil və sağlamlıq məsələləri üzrə müraciət edən seçicilərimizdən ilkin məlumatlar əldə edilərək, məsələlər təfərrüfatlı araşdırılaraq növbəti addımların atılması üçün müvafiq qeydlər aparıldı”-deyə, o, əlavə edib.
Etikxeber.az