Deputat daha 54 seçicisini-DİNLƏDİ VƏ… – FOTOLAR

Abşeron rayonunda keçirilən növbəti qəbulda 54 seçicimiz iştirak etdi.

Bu haqda Etikxeber.az-a millət vəkili Şahin Seyidzadə məlumat verib.

Qeyd edib ki, Aşağı Güzdək, Güzdək,  Qobu, Hökməli, Perekeşkül qəsəbələrindən olan seçicilərlə Qobu qəsəbəsində qəbul keçirilib.

54 seçicinin iştirak etdiyi qəbullarda qəsəbələrin ümumi problemləri arasında olan yol, infrastruktur, kommunal xidmətlər, rabitə məsələləri ilə yanaşı, seçicilərin torpaq və əmlak, sosial təminat, məşğulluq, hüquq, təhsil məsələləri ətrafında müraciətlər dinlənilib.

“Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qobu qəsəbə Bələdiyyəsi və İcra nümayəndəliyinin iştirakı ilə keçirilən qəbullarda səsləndirilən məsələlər ətrafında müvafiq qeydlər aparılaraq, icraat prosesinə başlanıldı”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 117 yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Deputat “Məhkəmələr və hakimlər haqqında” və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsini istəyir-EYNİ ZAMANDA, BUNLARLA BAĞLI LAYİHƏLƏR HAZIRLAYIB TƏQDİM ETMƏYİ NƏZƏRDƏ TUTUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir