Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatında partiyanın fəalları ilə millət vəkili Kamilə Əliyevanın görüşü keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə millət vəkili Kamilə Əliyeva, YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və 150-ə yaxın fəal gənc iştirak edib.
YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxışında ölkəmizdə həyata keçirilən sosial çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərdə xeyli irəliləyişlərin olduğunu diqqətə çatdırıb.
Millət vəkili Kamilə Əliyeva isə öz çıxışında bildirib ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib.
O, Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasətində ölkəmizin uğurlar qazandığını və vətəndaşların rifahının daim ölkə rəhbərinin diqqətində olduğunu nəzərə çatdırıb.
Onun sözlərinə görə, gənclər də dövlət qayğısının daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.
Sonra fəal gənclər çıxış edərək ölkəmizdə olan gənclər siyasətinin uğurla həyata keçirildiyini bildiriblər.
Sonda YAP Zaqatala Rayon təşkilatının fəaları ilə xatirə fotosu çəkdirilib.
Millət vəkili Kamilə Əliyeva həmçinin, Zaqatala Rayonunun Mazıx kəndində kənd sakinləri ilə görüşüb və onların problemlərini dinləyib.
Deputat eləcə də, Zaqatala rayonunda yerləşən deputat ofisində seçicilərini qəbul edib.
Etikxeber.az