Deputat həm təriflədi, həm tənqid etdi…

Cızığından çıxanlar, yeyib-dağıdanlarla bağlı ciddi addımlar atılmalıdır – MİLLƏT VƏKİLİ

5-6 il bundan qabaq bələdiyyələrlə bağlı illik hesabatlarda daha çox “asmaq, kəsmək, tutmaq…” prinsipləri əks olunurdu, yəni, az qala fəxr olunurdu ki, bu qədər bələdiyyə  filan-filan qanun pozuntusuna yola verdiyi üçün cərimələnib, cinayət işi açılıb və sair. Hansı ki, bu, əslində, Bələdiyyələrlə İş Mərkəzinin iş prinsipinə ziddi idi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli  Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.
fazailllllllllllllllllllllll
O, deyib ki, ancaq indi çox yaxşı haldır ki, artıq bələdiyyələrin fəaliyyətində  pozuntuların olması və aşkarlanması ilə bağlı hallar azalıb və Bələdiyyələrlə İş Mərkəzinin hesabatında da  belə faktlara çox rast gəlinmir:
“Bununla belə çızığından çıxan, yeyib-dağdan, torpaq satmaqdan savayı ayrı işi olmayan bələdiyyələrlə də bağlı konkret addımlar atılmalıdır. Bəlkə də hesabatda bu yöndə göstərilən faktlar tam yetəırli deyil, yəni, statistik rəqəmlərə də çox aludə olmamalıyıq, problemləri aradan qaldımaq üçün məsələlərə daha ciddi yanaşmalıyıq. İnanıram ki, bu, belə də olacaq və olmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Millət vəkili cərimələrdən şikayətləndi…

Read Next

Fəttah Heydərov bələdiyyələrdən nə xahiş etdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir