Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə efirdə göz yaşlarına hakim ola bilməyib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, millət vəkili İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişinin sabiq dövlət başçısı mərhum Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş buraxılışında çıxış edərkən kövrəlib.
O, Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən iki dəfə kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
A. Rəhimzadə alqışlarla qarşılanıb.


Qeyd edək ki, hələ 6 il öncə-2013-cü ildə Heydər Əliyevin 90 illiyi ilə bağlı parlamentin xüsusi iclasında çıxışı zamanı da A. Rəhimzadə kövrəlmiş və göz yaşlarını saxlaya bilməmişdi.
Deputat həmkarları bunu ayaqüstə alqışlarla qarşılamışdılar.
Onu da qeyd edək ki, A. Rəhimzadə Heydər Əliyevin ən yaxın və ən sədaqətli silahdaşlarından sayılır.
O, Heydər Əliyevin ikinci hakimiyyəti dönəmində bir müddət kadr məsələləri üzrə dövlət müşaviri işləmiş, 1994-cü ildən isə eks-prezidentin tövsiyəsi və təşəbbüsü ilə birinci vitse-spiker vəzifəsinə seçilmişdi.
Etikxeber.az