Deputat Milli Şuranın təyin etdiyi mitinqdən danışdı…

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Milli Şuranın indidən təyin etdiyi mitinqlər qanunsuzdur”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM)  bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili əlavə edib ki, martın 19-a qədər seçkilərin lehinə və ya əleyhinə təbliğat aparmaq qanuna ziddir.

“Bakı Şəhər İcra Hakimiyyətindən tələb etməliyik ki, aydınlıq gətirsin. Milli Şura adlanan bir qurumun seçki təbliğat-təşviqat kampaniyası başlamamış bu cür mitinqlərin keçirilməsinə icazə vermək nə qədər qanunidir? Gözləsinlər, martın 19-dan sonra keçirsinlər. Elə bilərsiniz, mən nədənsə narahatam, xeyir! Sadəcə qanunlara hörməti tələb edirəm”– deyə, Q. Həsənquliyev bildirib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan həmin ərazilərdə konvensiyaları icra edə bilmir…” – AYDIN MİRZƏZADƏ

Read Next

2 mart yanğını-faciəsi qəsdən törədilibmiş – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir