Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ötən gün şəhid İltimas Baxışovun ailəsi ilə əlaqə saxlamışdıq və qardaşı diqqətimizə bəzi məsələləri çatdırmaq istədiyini bildirmiş, görüş xahiş etmişdi. Bu gün şəhidin qardaşı, II qrup müharibə əlili, Baxşıyev Elşad Səxavət oğlunu dəvət edib dinlədik.
Etikxeber.az-ın xəbərinə görə, bunu Biləsuvarın deputatı Bəhruz Məhərrəmov deyib.
“İstəyinə uyğun olaraq işlə təmin olunası üçün yaxın günlərdə aidiyyatı strukturlara müraciət olunacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Qeyd edək ki, Şəhid Baxışov İltimas Səxavət oğlu 973-cü ildə Biləsuvar şəhərində anadan olub, 1994-cü ildə isə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Etikxeber.az