Deputat müharibə əlili olan şəhid qardaşının işlə təmin olunması üçün-MÜVAFİQ QURUMLARA MÜRACİƏT EDƏCƏK

Ötən gün şəhid İltimas Baxışovun ailəsi ilə əlaqə saxlamışdıq və qardaşı diqqətimizə bəzi məsələləri çatdırmaq istədiyini bildirmiş, görüş xahiş etmişdi. Bu gün şəhidin qardaşı, II qrup müharibə əlili, Baxşıyev Elşad Səxavət oğlunu dəvət edib dinlədik.

Etikxeber.az-ın xəbərinə görə, bunu Biləsuvarın deputatı Bəhruz Məhərrəmov deyib.

“İstəyinə uyğun olaraq işlə təmin olunası üçün yaxın günlərdə aidiyyatı strukturlara müraciət olunacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, Şəhid Baxışov İltimas Səxavət oğlu 973-cü ildə Biləsuvar şəhərində anadan olub, 1994-cü ildə isə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Etikxeber.az

Read Previous

Yoluxmada və ölüm sayında-CİDDİ AZALMA – 339 VƏ 3…

Read Next

Ərlə arvad-CASUSLUQDA İTTİHAM OLUNUR – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir