Deputatlar Naim Süleymanoğludan yazdı: “Bu gülərüz, ərdəmli oğlan millətimizin yaddaşında əbədiyaşar bir iz qoyub getdi…”

Qənirə Paşayeva: “Onunla televiziyada çalışdığım illərdə tanış olmuşdum…”

Naim Süleymanoğlu bir vaxtlar xüsisi simpatiya duyduğum idmançı idi.

Hər bir yarışını yaxından izləyərdim. Bu dev ürəkli türk övladı inanılmazı bacaran böyük mücadilə adamı idi.

Əvvəllər Bolqarıstan adına Naim Şalamanov kimi çıxış edirdi.

Sonra böyük türk dövlət adamı Turqut Özal 3 milyon dollar pul ödəyərək onun Türkiyəyə qaçırılmasına nail oldu.

Bundan sonra Türkiyə adına ağırlıqqaldırmada ilk dəfə Ölimpiya çempionluğu gətirdi.

Dəfələrdə dünya və Avropa çempionu oldu, üçqat Olimpiya çempionu adını qazanan ilk türk övladı oldu. inanılmaz rekordlar qırdı.

Bu gülərüz, ərdəmli oğlan millətimizin yaddaşında əbədiyaşar bir iz qoyub getdi.

Allahdan rəhmət diləyirəm, millətimizin başı sağ olsun deyirəm!

Fazil MUSTAFA,

Millət vəkili

***

Bu dünyadan bir Naim Süleymanoğlu keçdi.

Onunla televiziyada çalışdığım illərdə tanış olmuşdum.

Gözəl idmançı və çox maraqlı adam idi.

Nur içində yatsın!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Elə görkəmindən ziyalılıq yağırdı…” – AKADEMİKİN YAZISI

Read Next

QARABAĞDA ERMƏNİLƏRİN GÖZLƏDİYİ 11-Cİ QIZIL ORDUNUN AYAQ SƏSLƏRİ… – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir