Deputat növbəti onlayn qəbul keçirdi-10 SEÇİCİNİ DİNLƏDİ VƏ…-FOTO

50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərimizlə növbəti onlayn qəbulumuz baş tutdu. Karantin dövrünün şərtlərini nəzərə alaraq seçicilərimizin müraciətləri əsasında onlayn zənglər ilə bu gün 10 vətəndaşın qəbulunu həyata keçirdik.

Etikxeber.az-ın xəbərinə görə, bunu həmin Dairədən seçilən millət vəkili Şahin Seyidzadə deyib.

“Abşeron (Qobu, Hökməli, Atyalı qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Təklə Mirzəbaba kəndi) rayonlarından məşğulluq, hüquq, torpaq, idman və sağlamlıq sahələri üzrə müraciət edən seçicilərimiz qəbul edilib. Gün ərzində keçirilən görüşlərdə vətəndaşların müraciət etdiyi mövzular ilkin olaraq dinlənilərək müvafiq sənədlər qəbul edilib, növbəti addımlarla bağlı istiqamətlər verilib”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Xəstəxana ilə əlaqə saxladım, məlum oldu ki…”-AYDIN MİRZƏZADƏ MİNGƏÇEVİRDƏ BAŞ VERƏN HADİSƏDƏN DANIŞDI

Read Next

Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, 2 nəfər barəsində materiallar-İSTİNTAQA VERİLİB – RƏSMİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir