Deputat ola bilməyən-DEPUTAT ÖVLADLARI-KAZIMOV VƏ KAZIMOVA…

Artıq geridə qalan 9 fevral seçkilərində deputatlığa namizədlər arasında iki deputat övladı da var idi.

Etikxeber.az-ın xəbərinə görə, bunlar 5-ci çağırış Milli Məclisin (MM) üzvləri-Xanhüseyn Kazımlının qızı Əsli KazımovaMirkazım Kazımovun oğlu Səid Kazımovdur.

Ə. Kazımova 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən, S.Kazımov 69 saylı Cəlilabad-Masallı Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılmışdılar.

Qeyd edək ki, 5 dəfə deputat olan X. Kazımlı və 4 dəfə millət vəkili olan M. Kazımov bu dəfə seçkilərdə iştirak etməmişdi.

X. Kazımlı özü seçkiyə getməmiş, M. Kazımov isə hakim partiyanın siyahısından kənarda qalmışdı.

Ancaq onlardan fərqli olaraq, övladları deputat ola bilmədi, şansları gətirmədi.

Belə ki, 80 saylı Dairədən prezidentliyə sabiq namizəd Razi Nurullayev, 69-cu Dairədən isə professor, 4 dəfə millət vəkili olan Fəzail İbrahimli seçkilərin qalibi oldular.

Onu da qeyd edək ki, F. İbrahimli Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) 2-ci çağırışdan, 2000-ci ildən MM-dən təmsil edən millət vəkillərindəndir…

Etikxeber.az

Read Previous

“Məni özünüzün doğmanız gördüyünüzü bir daha isbat etdiniz…” – JALƏ ƏLİYEVADAN MİNNƏTDARLIQ

Read Next

Ərdoğan gəlir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir