Deputat Paşinyanı ittiham etdi – DİPLOMATLARIMIZI İSƏ QINADI

Ermənistan baş naziri Nikol Paşıinyanın son açıqlaması işğalçılığın təsdiqi deyil.

Çünki bu açıqlamaya qədər həm onun, həm də keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qaraabağ ərazisinə daxil olması özü işğalçılığın təsdiqi deyildimi?

Yəni, işğalçılığı buna qədər təsdiq edən yetərincə faktlar var.

Hətta, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması, kənarda oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir.

Sadəcə, son açıqlama rəsmi Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib və özümüzü buna görə təəccübləndirməyək. Burada iki məqsəd ola bilər. Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik provakasiyanı yönəldir.

İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib. Əlbəttə, bu ifadə savaşa başlamamız üçün ciddi səbəbdir, lakin ondan əvvəlki hərəkətlər qeyri-ciddi səbəblər deyildi ki?

pasinyannnnnn

İndi niyə Xankəndini vurmuruq, niyə hücum edib torpaqları almırıq kimi sualları cavablandıracaq imkana və informasiyaya sahib deyiləm, ancaq onu bilirəm ki, biz Azərbaycan ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar.

Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil və ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər.

Çünki bu gün bizim ermənilərlə savaşımız qismən atəşkəs zolağı üzərindən davam edir, o zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var.

Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik.

Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir.

Burada isə şəxsi mənfəət hislərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu qədərmi özgə dərdinə etinasız olmuşuq?!” – RƏŞAD MƏCİDDƏN ÖNƏMLİ TƏKLİF

Read Next

Sabiq deputat Paşinyanın Qarabağ səfərinə görə hakimiyyəti tənqid etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir