Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Yeni 2018-ci iliniz bir daha mübarək, sizlərə-hər kəsə can sağlığı və həyatınızda uğurlar arzu edirəm.
Bu il vətənimiz Azərbaycana sülh, inkişaf və nüfuzunun durmadan artmasını arzu edirəm”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
“Yeni il axşamı cəbhə xəttində torpağımızı düşmən Ermənistanın provokasiyasından qoruyan əsgər, müddətdən artıq xidmət edən hərbi qulluqçular, zabitlər və generallara ağır zəhmətlərinə görə təşəkkür edirəm və onlarla qürur duyduğumuzu bildirmək istəyirəm.
Yeni il axşamı sakitliyi qoruyan hüquq-mühafizə, orqan işçilərinə, ilk növbədə polis işçilərinə təşəkkürümü bildirirəm.
Yeni İlimiz mübarək, bu ildən gözləntilərimiz çoxdur, Qarabağ məsələsinin həllində ciddi dönüş gözləyirik.
İstəklərimiz mütləq həyata keçəcək, çünki, müstəqil dövlətik və seçdiyimiz yol düzgündür”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az