Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün doğum gününü qeyd etdiyimiz Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısında son illər dünyanın heç bir siyasi liderinə qismət olmadığı qədər xidmətlər göstərir. Böyük mədəniyyət və ailə tərbiyəsinin daşıyıcısı, ziyalı, əxlaqlı, humanist bir insan olan ölkə rəhbəri eyni zamanda beynəlxalq arenalarda olduqca qətiyyətli, prinsipial, düşmənin arqumentlərini yüksək intellekti ilə darmadağın etmək qüdrətində olduğunu da ortaya qoyur.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov ölkə Prezidenti İlham Əliyevə ünvanladığı təbrik mətubunda yazıb.
Millət vəkili daha sonra yazıb:
“O, millətin və dövlətin adının tanıdılmasında, milli maraqlarımızın qorunmasında atdığı ardıcıl addımları ilə vətəndaşlarımızla bərabər dünya azərbaycanlıları tərəfindən də təqdirlə qarşılanır. Prezident milli-mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşmaqla, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsinə nail olmaqla Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirib.
Gənc və enerjili Prezidentimiz respublikada gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənc nəslin vətənpərvər ruhda böyüməsi, gənclərin neqativ və zərərli vərdişlərdən uzaq olması üçün bütün imkanlardan istifadə edir. Hər bir vətəndaşa millətini, dövlətini sevdirməyi bacarır. Prezident İlham Əliyev öz xalqına sözün əsl mənasında böyük məhəbbətin daşıyıcısı kimi çıxış edir. Onun ötən il doğum gününü cəbhə zonasında, sadə insanlar, vətənin müdafiəsi missiyasını yerinə yetirən əsgərlər arasında keçirməsi İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olduğu vədini layiqincə icra etdiyindən xəbər verir.
Xalqına sədaqət andı içən Prezidentimiz, Sizi Tanrı və dəyər verdiyiniz Xalqınız qorusun!”
Etikxeber.az