Deputat şəhid əsgərimizlə bağlı məsələ qaldırdı…

“Ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid olub və onun nəşi bu günə qədər Azərbaycana qaytarılmayıb”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında deputat Hikmət Məmmədov (Babaoğlu) deyib.

O, bildirib ki, Ç. Qurbanovun hüquqlarının qorunması ilə bağlı bütün Azərbaycan xalqı səfərbər olub. Deputat qeyd edib ki, bu məsələ dövlət başçısı İlham Əliyevin birbaşa diqqətindədir:
“Amma düşünürəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bu məsələ ilə bağlı bəyanat qəbul edə bilərik”.
H.Məmmədov həmçinin, 31 mart Azərbaycanlıların Soyqırımı Günü və 20 Yanvar faciəsinin komitənin tədbirlər planına salınmasını təklif edib.
Etikxeber.az

Read Previous

Vitse-spiker 114 vətəndaşı qəbul edib və…

Read Next

Vahid Əhmədov “AZAL”-ı monopolistlikdə ittiham etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir