Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb.
Etikxeber.az-ın məlumatına görə, E. Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Milli Məclisin bu gün keçirilmiş iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
Milli Məclisin qərarı ilə E. Səlimovun deputat toxunulmazlığına xitam verilib.
14:05
***
Deputat toxunulmazlığı ləğv olunan E. Səlimov məhkəməyə gətirilib.
Binəqədi Rayon Məhkəməsində Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
18:20
***
Deputat toxunulmazlığı ləğv olunan E. Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən E. Səlimov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Etikxeber.az