Deputat seçicilərini dinlədi, onları sosial məsafəni gözləməyə-TƏXRİBATLARA UYMAMAĞA SƏSLƏDİ-FOTOLAR

Bu gün Gəncə şəhərindən seçilən deputat Müşfiq Cəfərov seçicilər ilə onlayn görüş keçirib.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə vətəndaşların problemləri dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.

Müraciətlər əsasən müalicə, işlə təminat və maddi yardımla bağlı olub.

Bəzi məsələlər yerindəcə həll edilib, digər məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulur.

Sonra vətəndaşlarla mövcud vəziyyətlə bağlı maarifləndirici söhbətlər aparan deputat qeyd edib ki, təxribatlara uymasınlar.

Milli Məclisin üzvü vətəndaş-dövlət həmrəyliyinin vacibliyini daha zəruri edən məqam yetişdiyini xatırladıb.

Bununla yanaşı, şəxsi izolosiyanı vurğulayan deputat şəhidlərimizin şücaəti haqqında da danışıb.

Sonda vətəndaşlar məsələləri və problemləri ilə şəxsən özü maraqlandığı və hər zaman onların yanında olduğu üçün Müşfiq Cəfərova təşəkkür ediblər.

Qeyd edək ki, Müşfiq Cəfərov Gəncə sakinləri tərəfindən sayılıb-seçilən simalardandır.

Etikxeber.az

Read Previous

“Niyə oturublar? Beynəlxalq təşkilatlar insan haqlarından danışırlar. Bəs buradakı insanların haqqı yoxdur? Bəs hanı o bəyanatlar?”-QƏNİRƏ PAŞAYEVADAN SƏRT SÖZLƏR

Read Next

“Dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz…”-PREZİDENT MƏMMƏDYAROVU VƏZİFƏSİNDƏN ÇIXARDI, CEYHUN BAYRAMOVU YENİ XARİCİ İŞLƏR NAZİRİ TƏYİN VƏ VİEDOFORMARDA QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir