Deputat tələbələrə – NƏ DEDİ? – FOTOLAR

Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş keçirib.

Etikxeber.az xəbər verir ki, görüşdə həmçinin ötən illərdə ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi ilə 2011-ci ildən etibarən keçirilən Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri iştirak edib.

Pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayevin aparıcılığı ilə keçən görüşdə Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor Asif Hacıyev, 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov, Ərçiman kənd məktəbinin müəllimi və ali məktəbə qəbul olunmuş məzun valideyni Famil Məhərrəmov, BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi Abdullayeva Çimnaz Əlisa qızı, I kurs tələbələri Sadıqova Nərmin Əzizxan qızı və Abdurahmanov Mahmud Həsən oğlu çıxış ediblər.

Şamaxı rayonunun Ərçiman kənd məktəbi üçün əlavə korpus millət vəkili Elxan Süleymanovun təşıəbbüsü və dəstəyi ilə 2015-ci ildə inşa etdirilib və Ərçiman məktəbinin 3 məzunu da bu il tələbə adına layiq görülənlər arasındadır.

Tədbirdə geniş çıxış edən millət vəkili tələbə adı qazanmış gəncləri təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Tələbə adı qazanmış Ərçiman məzunlarından biri üçün ailə vəziyyəti ilə əlaqədar aylıq təqaüd təsis edilib.

Yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələrlə millət vəkilinin 2011-ci ildən keçirilən görüşləri Şamaxıda bir ənənəyə çevrilib.

Görüşün sonunda bu ilki tələbələrlə yanaşı, son dörd ildə yüksək balla ali məktəbə daxil olmuş 60-a yaxın tələbə, eləcədə Sabir Bədii qiraət müsabiqəsinin qaliblərinə hədiyyə və mükafatlar təqdim olunub, xatirə fotoşəkli çəkdirilib.

Etikxeber.az

Read Previous

“YAP-da heç bir təlatüm, parçalanma gözlənilmir, işartıları belə yoxdur” – MUSA QULİYEV

Read Next

XDMT-nin döyüş tapşırığını yerinə yetirərkən həlak olanlar – ŞƏHİD SAYILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir