Deputat Ümumdünya Demokratiya Forumunda qaçqın və məcburi köçkün qadınlarımızdan danışacaq

Son illərdə AŞPA-nın payız sessiyasından az sonra Avropa Şurasının təşkilatçılığı ilə Strasburqda Ümumdünya Demokratiya Forumunun təşkili artıq ənənəyə çevrilib.

Forumda ictimai-siyasi həyatın mühüm bir problemi ətrafında hazırlanan məruzələr, aparılan müzakirələrdə Avropa Şurası Parlament Assambleyasının parlamentariləri ilə bərabər müxtəlif ölkələrin tanınmış dövlət xadimləri, siyasətçilər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Etikxeber.az-ın xəbərinə görə, növbəti Ümumdünya Demokratiya Forumu noyabrın 19-dan 21-dək “Gender bərabərliyi: mübarizəni kim aparır?” devizi ilə keçiriləcək.

Əsas mövzusu qadın hüquqlarının qorunması məsələləri olan Forumda iştirak etmək üçün AŞPA parlamentarilərindən ibarət komitə yaradılıb.

Milli Məclisin deputatı Rafael Hüseynov həmin komitənin üzvləri arasındadır.

Qarşıdan gələn Forumun əsas mövzusu Avropanın siyasi və iqtisadi həyatında qadınların iştirakı, qadınlara münasibətdə diskriminasiyanın yolverilməzliyi, onların seçki prosesində təmsil olunması, yeni demokratik proseslərdir. Tədbirdə qadın hüquqlarının qorunmasının digər aspektlərini əks etdirən çoxsaylı “dəyirmi masalar”ın təşkili nəzərdə tutulur.

Avropa Şurası Parlament Assambleyasının üzvü Rafael Hüseynov Forumda “Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri və onların ölkənin ictimai-siyasi həyatındakı yeri” mövzusunda çıxış edəcək.

VII Ümumdünya Demokratiya Forumunda 2500-dən artıq nümayəndənin iştirak edəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

“Bütün Avropa üçün böyük təhlükə olan Metsamor bağlanmalıdır” – ASİM MOLLAZADƏ

Read Next

Elmira Axundova şəhid ailələri ilə bağlı yaranmış problemi araşdıracaq… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir