Deputat “üsyan” etdi: “Vəziyyətin bu dərəcədə olduğunu təsəvvürə gətirməzdim”

“Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, “artıq iyirmi gündür ki hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun dediyinə görə, is o həddə catıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz.

“Adi citramon, korvalol, valerian, vitaminlər…hec nə yoxdur..Xahiş edirik bizə kömək edin!” Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur.

Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bu ilin ilk Ay tutulması hadisəsi fevralın 11-də baş verəcək.

Read Next

Deputatdan həmkarına etiraz: “Tarix sizin kimi insanları öz siyahısından siləcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir