Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vergi sahəsində xoşagəlməyən hadisələrin qarşısını almaq üçün vergi yükü azaldılmalıdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentdə Vergi Məcəlləsinə dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda vergi yükü ağır olduğundan bir çox hallarda sahibkarlar vergi əməkdaşları ilə cinayət əlaqəsinə girərək və ya onları yoldan çıxararaq vergidən yayınmağa çalışırlar:
“Ona görə də belə xoşagəlməz hallardan uzaq olmaq üçün vergi yükü azaldılmalıdır”.
Azərbaycanda vergi mədəniyyətinin aşağı olduğunu və bu sahədə ciddi maarifləndirmə işlərinin görülməsinin vacibliyini dilə gətirən millət vəkili bildirib ki, bir zamanlar sovetlər birliyində yaşadığımız və vergi vermədiyimiz üçün bizlərdə vergi vermək həvəsi yoxdur:
“Ona görə də vergi mədəniyyətinin artırılması və vergi mədəniyyətinin aşılanması üçün vergi yükünün azaldılmasına ehtiyac var. Bununla həm vergidən yayınmanın qarşısını almaqla insanları vergiyə cəlb etmiş olarıq, həm də mədəniyyət səviyyəsini artırmaqla büdcəyə gəlirləri artıra bilərik”.
Q. Həsənquliyev onu da əlavə edib ki, hansısa sahənin vergidən azad edilməsi yaxşı hal deyil və bunun əleyhinədir:
“Bütün sahələr simvolik olsa da, vergi verməlidir. Bu, insanlarda və sahibkarlarda pis vərdiş yaradır. O şəxs digər sahəyə keçdikdə belə vergi verməkdən yayınmağa çalışır”.
Millət vəkili eyni zamanda, Azərbaycana gətirilən lüks maşınlara aksiz dərəcəsinin artırlması ilə bağlı edilən təkliflərin əleyhinə çıxıb.
O, bildirib ki, onsuz da bu maşınları gətirənlər yetərincə vəsait ödəyirdilər.
“İndi bu şəsxlər belə avtomobil gətirməyəcək və vəsait də büdcəyə daxil olmayacaq. Ona görə də hesab edirəm ki, bu, düzgün olmayan məsələdir”- deyə, deputat bildirib.
Etikxeber.az