Deputat yazır: “SİZSİZLİK VƏ YA…” – FOTO-VİDEO

O, şərəfli nəslin övladı idi və tale ona bir başqa lütfünü də göstərdi.

219

Tarixdə qalacaq müstəsna insanla yolları qovuşdu.

Qədimlərdən gələn inamdır ki, Yerdə könülləri birləşənlərin əvvəlcə Göydə ulduzları qovuşur.

Bu qəbil sevdaların tarixçəsinə daldıqca əmin olursan ki, babaların inamı sadəcə hissiyyat deyilmiş.
Örnək məhəbbətlər alın yazısı kimi elə insanla birgə doğulurmuş və sən ilahi cazibə ilə mütləq ona sarı getməlisənmiş!

İllər öncə bəstəkar Faiq Sücəddinovla yazdığımız bu nəğməni xalq artistləri Rasim Balayev və Azər Zeynalov ürəklə ifa etdilər.

Əbədi sevgidən deyən bu nəğmənin sözlərini dahilərimiz Nizaminin, Üzeyir bəyin “Sənsiz”inə həmahəng olsun deyə əruzda yazmışdım.

Sənsizlik yalnız zahirən ayrılıqdır.

Qəlblərdə sizsizliyin həyəcanı varsa, demək o ad da, o xatirə də canlıdır, yaşayır.

Aprelin 15-i nurlu insan, böyük Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın xatirə günüdür.
Ruhları şad olsun!

https://www.youtube.com/watch?v=OHIybWm4FC8

Rafael HÜSEYNOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Aprelin 17-nə manatın məzənnəsi açıqlandı

Read Next

6 və 65 nömrəli marşrut xətlərində dəyişiklik edildi – BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir